Rusiya müsəlmanları “Züleyxa gözlərini açır” serialına görə qəzəbləniblər
20 aprel 2020 11:48 (UTC +04:00)

Rusiya müsəlmanları “Züleyxa gözlərini açır” serialına görə qəzəbləniblər

Rusiyanın müsəlman cəmiyyəti filmin yaradıcı qrupunu məhkəməyə verib. Söhbət  Rusiya Birinci televiziya  kanalında yayımlanan “Züleyxa gözlərini açır” serialından gedir.

Lent.az-ın Rusiya mətbuatına istinadla verdiyi xəbərə görə, Rusiya Müsəlmanları dini cəmiyyətinin sədri Albir Krqanov deyib ki, serialın yaradıcıları Rusiya müsəlmanlarından üzr istəməlidir.

Onun sözlərinə görə, “Züleyxa gözlərini açır” serialındakı siyasi dustaqların adları Rusiyanın müsəlman cəmiyyətinin rəhbərlərinin adlarıdır. Yəni serialda onların adlarından istifadə edilib.

Gözəl Yaxinoyun “Züleyxa gözlərini açır” əsəri əsasında serial üzərində iş hələ 2017-ci ildən başlayıb. Serialda əsas rolları Çulpan Hamatova, Sergey Makovetski, Roza Xayrullina, Yevgeni Marozov, Aleksandr Başirov oynayırlar.

Serial ekranlara çıxar-çıxmaz Rusiya komunistləri serialın dayandırılmasını tələb ediblər.

Baş rolun ifaçısı aktrisa Çulpan Hamatova telekanala müsahibəsində ona gələn hədə-qorxulardan danışıb: “Düşünürdüm ki, tatar xanımlar adət-ənənələrə görə məni qınayarlar, "niyə onları tapdamışam" deyib lənətləyərlər məni. Elə olmadı, məni siyasi məsələlərdə günahlandırıb hədə gəlirlər”.

Əsərin müəllifi Gözəl Yaxina isə açıqlama verməkdən boyun qaçırıb. Deyib ki, müftilərin adlarının əsərdə necə yer alması barədə danışmayacaq, çünki bu haqda heç nə bilmir: “Mən nənəmin başına gələnləri, bir tatar qadının mücadiləsini, keçmişin üstündən xətt çəkib düşmənlə sevişməsini qələmə almışam”.

Seriaılın rejissoru Yeqor Anaşkin isə deyib: "Biz serialın çəkiliş müddətində tarixçilərlə məsləhətləşmişik, onların nəzərindən kənar heç bir kadr çəklilməyib. Bizim hekayətin siyasətlə heç bir əlaqəsi yoxdur, o insan taleyindən bəhs edir. Qəhrəmanım bütün ömrü boyu pisliklə yaşamamaq üçün keçmişini unudub gələcəklə yaşamağa özündə güc tapan bir tatar qadındır”.

Əsərin süjetində müəllifin ailə tarixçəsi dayanır. 1930-cu ildə onun ailəsini və nənəsini "kulak" adıyla Sibirə sürgün ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7381

Oxşar yazılar

Zurab Sereteli

Xalq rəssamı VƏFAT ETDİ

22 aprel 2025 , 10:21
“Oskar”ın növbəti təqdimetmə mərasimi bu tarixdə keçiriləcək

“Oskar”ın növbəti təqdimetmə mərasimi bu tarixdə keçiriləcək

22 aprel 2025 , 06:41
Orxan Fikrətoğluna nazirlikdə vəzifə  verildi

Orxan Fikrətoğluna nazirlikdə vəzifə verildi

21 aprel 2025 , 17:53
 Çətin gün keçirdin?   - Bu komediyalardan birini izlə -VİDEO

Çətin gün keçirdin? - Bu komediyalardan birini izlə -VİDEO

21 aprel 2025 , 14:44
Cennifer Lopez bu filmdə baş rola  çəkiləcək

Cennifer Lopez bu filmdə baş rola çəkiləcək

21 aprel 2025 , 13:34
Sevgi haqqında deyilmiş 7 aforizm

Sevgi haqqında deyilmiş 7 aforizm

20 aprel 2025 , 19:23
 Xəstəliklərinə görə   kariyeralarını bitirən ULDUZLAR

Xəstəliklərinə görə kariyeralarını bitirən ULDUZLAR

20 aprel 2025 , 11:07
Dahilərdən yumor  haqqında 10 aforizm

Dahilərdən yumor haqqında 10 aforizm

18 aprel 2025 , 18:24